New Holland TC 4.90 Kombayn
Fotoğraf 1 / 7
2.600 ₼2.800 ₼−7%

New Holland TC 4.90 Kombayn

Kategori
Yedek parça ve aksesuar › Diğer
Durum
Stokta var
Şehir / ilçe
Şəmkir

Açıklama

Əsasən Buğda və Arpanın biçilməsində istifadə edilir. TC4.90 New Holland kombaynı - kiçik kənd təsərrüfatı müəssisələri üçün idealdır. Bu texnikanın öz seqmentində - 100 ilə 500 hektar sahəyə sahib olan təsərrüfatlar üçün xarici kombaynlar arasında rəqibləri yoxdur. TC4.90, taxıl qrupunda ixtisaslaşan təsərrüfatlarda əla köməkçi olacaq sürətli, manevrli, məhsuldar, keyfiyyətli və eyni zamanda ucuz bir kombayndır. New Holland TС4.90, əvvəlki model ilə müqayisədə (TC5050) performansını 10% daha yüksək göstərən yenilənmiş bir modeldir. Bu fırlanan ayırıcı (separatoru) sayəsində mümkün olmuşdur. Kiçik, lakin məhsuldar 175 at gücündə 6 silindrli mühərriklə və 5 tonluq taxıl anbarı ilə təchiz ən kiçik New Holland kombaynı digər analoji markalardan daha yüksək məhsuldarlıq təmin edir. TC4.90 kombaynı 5 ilə 6 metr arasında bir başlıq ilə istifadə üçün tövsiyə olunur. TС4.90 modeli daha yüksək səviyyəli kombaynların bütün xüsusiyyətlərinə malikdir: onun təmizləyici sistemi yüksək keyfiyyətlə işləməyi təmin edir və fırlanan ayırıcısı (sparatoru) taxıl itkisini sıfıra yaxınlaşdırmağa imkan verir. Rahatlıq səviyyəsi New Holland TC4.90 modelinin kabinəsi daha yüksək səviyyəli (CX) kombaynlarla eyni səviyyədə rahatlıq təmin edir. Yeni Rahat Harvest Suite™️ kabinəsi daha səssiz, daha geniş və daha yaxşı avadanlıqlara sahibdir, operator tərəfindən sahəyə əla baxış bucağı verir və CommandGrip ™️ tutacağından istifadə edərək bütün proseslərə nəzarət edir. Xüsusiyyətlər Təyinatı Taxılbiçən kombayn Mühərrikin növü 6 sil. Nef (6,7 lt) Mühərrikin emissiya səviyyəsi Tier 3 Mühərrikin nomimal gücü 2127 125/170 (kw/a.g) Mühərrikin maksimal gücü 129/175 (kw/a.g) Ötürmələr sisteminin növü Hidrostatik Ötürmələr qutusu 3 pilləli Samanxırdalayan Var Yüksəktutumlu taxılbiçən başlığın kəsmə eni 4.57 m Taxılyığan başlıqda bıçağın kəsmə sürəti 1150 (kəs./dəq) Dən bunkerinin tutumu 5000 lt Yanacaq çəninin tutumu 300 lt Barabanın eni 1.05 m Barabanın diametri 0,607 m Barabanın sürət aralığı 417-1037 (dövr/dəqiqə) Kondisioner Var Tam təchiz edilmiş çəkisi 8640 kq Püskürmə mexanizmi Mexaniki Minumum eni 2943 mm Maksimal uzunluq (başlıqsız, samanxırdalayanla) 8298 mm Ön təkərlərin ölçüsü 23.1--26 Arxa təkərlərin ölçüsü 460/70R2

25

Mağazanın diğer ürünleri

iPhone'a yükleme

  1. 1Safari'nin altındaki Paylaş düğmesine dokunun
  2. 2Listeden “Ana Ekrana Ekle” seçeneğini seçin
  3. 3Üstteki “Ekle” düğmesine dokunun