Hesabın və məlumatların silinməsi
efora.az (efora — Elan və alış-veriş tətbiqi) hesabınızı və ona bağlı məlumatları istənilən vaxt silə bilərsiniz.
Hesabı necə silmək olar
- 1efora.az saytına və ya tətbiqə daxil olun.
- 2Hesabım → Parametrlər bölməsini açın.
- 3Səhifənin sonunda "Hesabı sil" bölməsində şifrənizi yazın (Google ilə daxil olmusunuzsa, e-poçt ünvanınızı) və təsdiqləyin.
Hesaba daxil ola bilmirsinizsə, qeydiyyatdan keçdiyiniz e-poçtdan info@efora.az ünvanına "Hesabımı silin" mövzusu ilə yazın — 7 iş günü ərzində silinəcək.
Nə silinir
- Ad, e-poçt, telefon və şəhər məlumatlarınız
- Bütün elanlarınız, məhsullarınız, şəkil və videolarınız
- Mağazanız
- Rəyləriniz, seçilmişləriniz, yadda saxlanmış axtarışlarınız, izləmələriniz, bəyənmə və şərhləriniz, bildirişləriniz
Nə qalır
- Yazışmalar qarşı tərəfdə qalır, adınızın yerinə "—" göstərilir.
- Ödəniş və sifariş tarixçəsi qanunvericiliyin tələb etdiyi müddətdə anonim şəkildə saxlanılır.
Hesabı silmədən məlumatları silmək
Elanlarınızı, məhsullarınızı, videolarınızı, yadda saxlanmış axtarışlarınızı və seçilmişlərinizi istənilən vaxt "Hesabım" bölməsindən ayrıca silə bilərsiniz.